...Mümkün böyrək problemlərini göstərən incə əlamətlər var. SİA-nın məlumatına görə, bu barədə rusiyalı uroloq və androloq danışıb.
Belə əlamətlər arasında mütəxəssis üzdə və əzalarda şişkinlik, iştahsızlıq, bədən istiliyinin artması, qeyri-sabit qan təzyiqi, sidikdə qanın olması, həmçinin bel nahiyəsində nahiyəsində ağrı və ya kəskin ağrı şəklində diskomfort müəyyən edib.
Həkim onu da qeyd edib ki, böyrək xəstəlikləri sistitə bənzər simptomlarla, məsələn, çətinlik və ya tez-tez sidiyə çıxa bilər. Böyrək xəstəliyinin inkişaf riski yüksək olan insanlara mütəmadi olaraq müayinədən keçmək tövsiyə olunur, çünki böyrək xəstəliyində çox vaxt heç bir əlamət yoxdur.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə