...Yaxşı, indi bunların hansına inanasan?
Deməli, bu arada rusiyalı endokrinoloq yağsız qidaların daha faydalı olması barədə fikirlərin yanlış olduğunu deyir.
SİA-nın məlumatına görə, həkim onların nəinki heç bir fayda verməyəcəyini, həm də sağlamlığınıza zərər verəcəyini iddia edir.
…Az yağlı qidaların daha sağlam olduğuna dair bir fikir var. Amma, Sən demə, bu sadəcə bir mifmiş?
Çünki bu qrup məhsullar nəinki heç bir fayda gətirmirmiş və hətta sağlamlığa zərər verə bilərmiş?
Fakt budur ki, istehsalçılar onlara nişasta, qatılaşdırıcı və şəkər əlavə edirlər. Buna görə də, az yağlı məhsulun kalorisi adi haldan xeyli yüksəkdir.
Bundan əlavə, lipidlər olmadan, zülal, kalsium və məhsulun tərkibində olan digər makro və mikroelementlər udulmur. …İstehsalçılar az yağlı süd məhsullarına nişasta, qatılaşdırıcılar və şəkər əlavə edirlər ki, bu da onların kalorililiyini bir neçə dəfə artırır. Üstəlik, lipidləri olmayan qidalar sizi doyurmur.
Bunu deyən həkim , yağ tərkibi 3,5 faiz olan məhsulları seçməyi məsləhət görür.
Həkim, həmçinin təqaüdçülərin qida rasionunda toyuq, süd məhsulları, qoz-fındıq, yumurta və balıqdan ibarət olmalıdır,-deyir.
Həkim doymamış yağ turşularının ən çox miqdarının qızılbalıq və yabanı qızılbalıqda olduğunu deyir.
…Pəhrizdə gündə 2-3 porsiya belə məhsulları daxil etmək mümkündür. Süd zülalına gəldikdə, bu qrup məhsulları istisna etmək də tövsiyə edilmir. “Süd” orqanizmi kalsiumla təmin edir.
Bunu da həkim deyir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə