Dolğular və XƏRÇƏNG - ARAŞDIRMA

Günümüzdə dolğu qadın və kişi olmaqla demək olar ki, hər yaşda hamımızın tərəddüd etmədən etdiyi bir prosedurdur. Ancaq biz bunun üçün yalnız məqsədimizə diqqət yetiririk və işi görən şəxsin bacarıqlı olub olmadığını araşdırmırıq və ya orta uzunmüddətli dövrdə baş verə biləcək mümkün yan təsirləri çox düşünmürük. Bəs, bu maddələr xərçəngə çevrilə bilərmi? Axı bədəninizə yad maddə vurulur, onun tamamilə zərərsiz olması mümkündürmü?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Estetik və kosmetik dermatologiyada dolğular dərinin müxtəlif təbəqələrinə müxtəlif maddələrin yerləşdirilməsi prosesidir. Tətbiq edilən məhsul dəridə əskik olan toxumaları əvəz edərək və ya hüceyrələrin yenilənməsinə səbəb olaraq müəyyən həcm yaradır. Bu səbəblə dərini nəmləndirmək, cizgilərin, qırışların, çapıqların müalicəsini dəstəkləmək və ya toxuma itkilərini əvəz etmək üçün edilə bilər. Bundan əlavə, üz konturları düzəldilə bilər və sağlam bir dəri görünüşünə kömək edə bilər.

Dolğuların xüsusiyyətləri necə olmalıdır?

Dolğular müvəqqəti, yarı daimi və ya daimi ola bilər. Müvəqqəti dolğular yəni tərkibində hialuron turşusu və ya kollagen olan dolğular zamanla dəridə kortəbii olaraq parçalanır və onların ömrü ümumiyyətlə bir ildən az olur.

Yarım qalıcı doldurucuların tərkibində kalsium hidroksiapatit və poli-L-laktik turşu var. Onlar incə kiçik hissəciklərdən ibarətdir və sintetik quruluşa malikdirlər və bir neçə ildir özlərini dəridə qoruyurlar. Daimi dolğular silikon və polimetilmetakrilat mikrosferləri kimi məhsullardan ibarətdir və iki ildən çox qala bilər, lakin mümkün risklərə görə ümumiyyətlə tövsiyə edilmir.


İdeal dolguda axtarılanlar

Biouyğun və elastik olmalı, allergiya və ya xərçəngə səbəb olmamalı, yad cisim reaksiyalarına və iltihaba səbəb olmamalı, istifadəyə hazır və tətbiqi asan olmalıdır. Bütün bu səbəblərə görə bu gün ən çox istifadə edilən dolğu hialuron turşusudur. İnsanın öz yağ toxuması da dolğu olaraq istifadə edilə bilər.


Dolğunun kosmetik nəticəsinə təsir edən amillər hansılardır?

Tətbiq edildiyi sahəyə və istifadə edilən texnikaya görə düzgün məhsulun seçilməsi vacibdir. Bütün bunlarla yanaşı, insanın gözləntiləri, həkimin təcrübəsi, daha əvvəl tətbiq etdiyi dolğular, varsa, insanın əlavə xəstəlikləri və istifadə etdiyi dərmanlar dolğunun nəticəsinə və ömrünə təsir edir.

Dolğunun əks təsirləri nələrdir?

Hər prosedurda olduğu kimi, dolğularda həm erkən, həm də gec dövrlərdə müxtəlif arzuolunmaz yan təsirlər baş verə bilər. Tətbiq yerində ağrı, şişlik, rəng dəyişikliyi, sulanma və infeksiya kimi müvəqqəti yan təsirlərə əlavə olaraq qalıcı çapıqlar, allergik reaksiyalar, damar tıxanması, emboliya və korluq kimi ciddi vəziyyətlər meydana gələ bilər.

Dolğu zamanı həyati təhlükə adi haldırmı?

Təsdiqlənmiş dolğular ideal əllərdə optimal şəkildə hazırlanmalıdır. İstifadə olunan dolgu məhsuluna, tətbiq üsuluna, tətbiq olunduğu sahəyə, insanın immun sisteminə təsir edən əlavə xəstəliklərə və qan durulaşdırıcı kimi istifadə edilən dərmanlara görə müxtəlif müvəqqəti yan təsirlərin yanında korluq kimi çox ciddi və həyati nəticələrə səbəb olur.

Dolğu və xərçəng

Dolgu maddələri ilə xərçəngin inkişafı arasındakı əlaqə hələ sübut olunmasa da, təsdiqlənməmiş məhsulların tibbi sənədləri olmadan istifadə edilməsinin və uyğun olmayan şəraitdə dolğuların icrasının nəticələrinin xalq sağlamlığını təhdid edəcəyi göz qabağındadır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə