Yatmazdan əvvəl bağırsaqları səhər işlədəcək üç məhsulun adı...

...Axşam qidalanması insanın səhər özünü necə hiss edəcəyini müəyyən etməkdə mühüm rol oynayır. Axşam yeməyinə, o cümlədən gecə yeməyinə fermentləşdirilmiş qidalar əlavə edə bilərsiniz, yəni təbii qatıq, kefir, probiyotikləri ehtiva edən duzlu kələm və s... Belə qidalar həzmi yaxşılaşdırır və sağlam bağırsaq florasını yaradır.

SİA-nın məlumatına görə, bu barədə proktoloq və onkoloq Yelena Smirnova danışıb.

Həkimin fikrincə, axşamlar yüngül yeməklərə - tərəvəz salatlarına, yağsız ət və ya qızardılmış balıqlara üstünlük vermək daha yaxşıdır.

...Yatmazdan əvvəl heç vaxt ağır yemək yeməyin, deyən həkim, gecə istirahətindən 2-3 saat əvvəl nahar etməyi məsləhət görüb.

Axşam su içmək də vacibdir.

...Susuzlaşdırma bağırsaq problemlərinizi daha da pisləşdirə bilər.

Bundan əlavə, səhər saatlarında bağırsaqların saat mexanizmi kimi işləməsi və sağlam yuxuya getməsi üçün axşam saatlarında şirniyyatlardan, qızardılmış və yağlı yeməklərdən imtina etməlisiniz.

...Həmçinin kompleks karbohidratları məhdudlaşdırın, məsələn, çörək və makaron ağırlıq hissinə səbəb ola bilər. Bunu deyən onkoloq, stress və narahatlığın həzmə mənfi təsir etdiyini də xatırladıb.

Buna görə yatmazdan əvvəl mümkün qədər istirahət etməlisiniz.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə