...Bir necə gün bundan əvvəl Rusiyanın paytaxtında, Manejdə keçirilən dördüncü Moskva Moda Həftəsi 65 mindən çox ziyarətçini cəlb edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Moskvanın Mədəniyyət İdarəsinin rəisi Aleksey Fursin bildirib.
Tədbirdə Rusiyanın 27 regionunu təmsil edən 186 brend, həmçinin Hindistan, Çin və Türkiyə daxil olmaqla 9 ölkədən brendlər iştirak edib.
Moda həftəsində 2300 modelin iştirak etdiyi 90 nümunə nümayiş etdirilib.
Tədbirdə həmçinin 50-yə yaxın məruzəçi dəb və mədəni irsdən bəhs edən 28 mühazirə ilə çıxış ediblər.
Mühazirələrin onlayn yayımı 3 milyon tamaşaçını cəlb edib. Bundan əlavə, Moda Həftəsi proqramına “World Fashion Shorts” qısametrajlı film festivalı da daxil idi.
Burada Rusiya, Argentina, Meksika, Filippin və Cənubi Afrikadan olan rejissorların yaratdığı 60-a yaxın film nümayiş etdirilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə