Çox istərdim ki, yerli idmançıların sayı artırılsın - İDMANÇI MÜNASİBƏT BİLDİRDİ
“2022-ci il Pekin Qış Olimpiya Oyunlarında güclü və mütəşəkkil şəkildə qurulmuş təşkilatçılıq sistemi fəaliyyət göstərirdi”. Bu sözləri SİA-ya açıqlamasında futbolçu Tural Rzayev bildirib.

Onun sözlərinə görə, bu ilki Qış Olimpiya Oyunlarında bir çox yeniliklər var idi: “Bunlara misal olaraq yeni idmançıları və çempionları misal göstərmək olar. Lakin təbii olaraq üzücü məqamlar da az deyildi. Bir çox idmançılar ağır xəsarət aldı, illərdir bu oyunlara hazırlaşan insanlar xəstəliyə yoluxduğu üçün iştirak edə bilmədilər. Olimpiya oyunları hər bir idmançı üçün çox məsuliyyətli bir haldır. Bu il ki, Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə üzrə 2 idmançımız iştirak edirdi. Hər ikisi finala vəsiqə qazanaraq, uğurla çıxış etdilər.
Düşünürəm ki, bu bizim üçün böyük bir nailiyyət hesab oluna bilər. Bir idmançı kimi çox istərdim ki, bizim ölkəmizdə qış idman növləri daha çox inkişaf etdirilsin və yerli idmançılarımızın sayı artırılsın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB