Biləsuvarda zəncirvari qəza olub, ölən və yaralananlar var

Biləsuvarda zəncirvari qəza olub, ölən və yaralananlar var

Biləsuvarda ölümlə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə yeni Ələt–Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, bir neçə avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər isə xəsarət alıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə