Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Oktyabrın 9-da Bakının Xətai və Binəqədi rayonlarının bəzi ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

SİA “Azərişıq” ASC-yə istinadla xəbər verir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yüksəldilməsi və artan yük tələbatının qarşılanması məqsədilə Xətai rayonunda 10/0,4 kV-luq transformator məntəqəsində (TM) təmir, Binəqədi rayonunda isə 6 kV-luq “Masazır-1” və “Masazır-2” hava xətlərində yenidənqurma işləri aparılacaq.

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində saat 10:00-dan 15:00-dək Gəncə prospektinin bir hissəsində və 191 saylı məktəbin ətrafında elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində isə 10 May küçəsində və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində saat 11:00-dan 16:00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

Görülən işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin elektrik enerjisi ilə təchizatının keyfiyyətinin və dayanıqlığının artırılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə