Kürdəmirdə su kanalından 60 yaşlı kişi meyiti tapılıb.
SİA xəbər verir ki, hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun Şilyan kənd sakini 1966-cı il təvəllüdlü Şirəliyev İxtiyar Tarıverdi oğlunun cansız bədəni su kanalında aşkarlanıb.
Hadisə yerinə FHN-in xüsusi riskli qəza xidmətinin əməkdaşları cəlb olunub. İxtiyar Şirəliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB