Paytaxtda sürücü qırmızı işıqda keçərək işıqforu yararsız vəziyyətə salıb

Paytaxtda sürücü qırmızı işıqda keçərək işıqforu yararsız vəziyyətə salıb

Gecə saatlarında paytaxtın Nəsimi rayonu, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qadağanedici işarədə hərəkəti davam etdirən sürücü minik avtomobilini işıqfora çırpıb.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, hadisə nəticəsində 1 nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb.

İşıqforun yenilənməsi istiqamətində işlərə başlanılıb.

Qeyd edək ki, ötən il ərzində Bakı şəhərinin inzibati ərazisində yerləşən küçə və prospektlərdə baş vermiş 55 yol-nəqliyyat hadisəsi nəticəsində işıqforlara ziyan dəyib və ya onlar yararsız vəziyyətə düşüb. Bu istiqamətdə müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə