Sumqayıtda ev yanıb, bir nəfər ölüb

Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın olub.

SİA-nın yerli bürosu xəbər verir ki, hadisə beton zavod ərazisində qeydə alınıb.

İlkin məlumata görə, yanğın zamanı bir nəfər ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə