Qusarda “Ay işığı” restoranında normativ tələblərin pozulduğu müəyyən edilib - FOTOLAR
Qusar şəhəri, Quba-Qusar yolunda fəaliyyət göstərən, fiziki şəxs Romelya Akif qızı Tağıyevaya məxsus “Ay işığı” restoranında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
Bu barədə SİA-ya AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, restoranda müşayiətedici sənədləri olmayan müxtəlif növ qida məhsulları və yararlılıq müddəti bitmiş alkoqolsuz içkilər aşkarlanıb. Həmçinin mal qonşuluğu prinsipinə əməl olunmadığı, temperaturun monitorinqinin və qeydiyyatın aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, ictimai iaşə müəssisəsində işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması, istehlaka yararsız məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB