Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" yeni Plenum qərarı qəbul edib və məhkəmə təcrübəsinə bir sıra yeniliklər gətirib.
Bu barədə SİA-ya məhkəmədən məlumat verilib.
Bildirilib ki, əvvəllər bir şəxs digər şəxsə qarşı yalan məlumatlar yaydığı halda şərəf və ləyaqətin müdafiəsi institutundan istifadə etməklə tələblər irəli sürülüb, məlumatın həqiqi olduğu ortaya çıxdıqda isə iddialar təmin olunmayıb. Halbuki, şəxsin barəsində doğru məlumatların öz razılığı olmadan yayılması da qanun pozuntusudur.
Bu hal konstitusion səviyyədə qorunan şəxsi toxunulmazlıq hüququna müdaxilədir və bu hüququ pozulan hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola, həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini, belə məlumatların çıxarılmasını (ləğv edilməsi), ona dəymiş mənəvi zərərin ödənilməsini və s. tələb edə bilər.
Ali Məhkəmə yeni qərarı ilə bu hüququ şərəf və ləyaqətin müdafiəsi hüququndan fərqləndirib və xüsusi olaraq qeyd edib ki, şəxsi toxunulmazlıq hüququ konstitusion mənada şəxsi və ailə həyatının məxfiliyinin qorunmasını nəzərdə tutmaqla, hər bir şəxsin şəxsi və ailə həyatına hörmət edilməsinə, onun cəmiyyətdə özünü rahat və təhlükəsiz hiss etməsinə xidmət edir.
Ali Məhkəmə qərarında şəxsi toxunulmazlıq hüququnun mühüm institutu olan, lakin bu vaxtadək məhkəmə mübahisələrinin içində digərlərinə nisbətən müdafiədən kənarda qalan şəxsi və ailə həyatına hörmət hüququnu geniş şərh edərək ön plana çıxarmışdır.
Şəxsi və ailə həyatına hörmət hüququ - şəxsi və ailə həyatının sirrini saxlamaq, şəxsi və ailə həyatına hüquqazidd müdaxilədən, yəni öz razılığı olmadan şəxsi həyatı haqqında məlumatın toplanılmasından, saxlanılmasından, istifadəsindən və yayılmasından mühafizə olunmaq hüququdur. Şəxs öldükdə belə bu hüquq vərəsələri tərəfindən müdafiə oluna bilər.
Qanun təkcə şəxsi və ailə həyatına dair məlumatları qorumaqla kifayətlənmir, şəxsin mənzili, avtomobili, xidməti otağı, ləvazimatları, habelə şəxsi xüsusiyyətə malik digər əşyaları, ona məxsus heyvanları, bitkiləri və digər obyektləri də qoruyur.
Şəxs barəsində tibbi məlumatlar, maliyyə və əmlak vəziyyəti ilə bağlı məlumatlar, şəxsi yazışmaları, keçmişi ilə bağlı və digər şəxsi sirr təşkil edən məlumatlar, ünvanı, ailə vəziyyəti, boyu, yaşı, cinsi, ər-arvad arasındakı şəxsi münasibətləri (emosional, cinsi və s.), ailədaxili davranışlar, boşanma səbəbləri, uşaqların mənşəyi və sağlamlıq vəziyyətləri, övladlığa götürmə ilə bağlı məlumatlar, həmçinin ailə üçün məxfi və həssas xarakter daşıyan digər məlumatların şəxsin öz razılığı və ya heç bir qanuni əsas olmadan toplanması, saxlanması, istifadəsi və yayılması, pis niyyətlə şəxsin özünə bildirilməsi qadağandır və mülki məsuliyyətə səbəb olur.
Məqsədli şəkildə və aktiv hərəkətlərlə, heç bir qanuni əsas olmadan, özbaşına kiminsə barəsində məlumat toplamaq qadağandır.
Məsələn, bir şəxs öz maraqları naminə digər şəxs barədə məlumat əldə etmək üçün məxfi məlumatların saxlandığı informasiya bazasına daxil olaraq həmin şəxsə aid fərdi məlumatları toplayırsa bu hərəkət qanunsuz sayılır və mülki məsuliyyətə səbəb olur. Lakin məlumatlar şəxsə özü istəmədən, təsadüfən məlum olarsa, qanunsuz hesab olunmayacaq, bu şərtlə ki, onu aid olduğu şəxsin əleyhinə istifadə etməsin, yaymasın. Məsələn, eyni modeldən olan mobil telefonların dəyişik düşməsi nəticəsində telefonu səhvən əldə edən şəxs onu açarkən təsadüfən şəxsi sirr təşkil edən fotoşəkil və ya yazışmanı görür, bu şəxs gördüklərini istifadə etməsə və ya yaymasa heç bir məsuliyyət daşımayacaq.
Şəxsi və ailə sirri məlumatları aid olduğu şəxslərin razılığı olmadan yaymaq qadağandır. Xüsusilə televiziya və ya radio proqramlarında, sosial şəbəkələrdə və s. kütləvi üsullarla bildirilməsi yayılmanın kütləviliyi baxımından daha böyük həcmdə mənəvi zərərin vurulması ilə nəticələnə bilər. Yayılma audio-videoyazı yolu ilə edilmişsə, onu yayan şəxslə yanaşı media subyekti birmənalı olaraq şəxsi və ailə həyatına hörmət hüququnun pozulması ilə bağlı məsuliyyət daşıyacaq.
Proqramın məzmunu şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə riski daşıdığı halda, mütəmadi canlı şəkildə efirə gedən proqramlar və silsilə şəklində davam edən müxtəlif buraxılışlarda media subyektləri canlı efirə çıxacaq şəxsləri səsləndirdikləri məlumatlara və davranışlara görə insanların şəxsi və ailə həyatına hörmət hüququnun pozulması baxımından məsuliyyət daşıyacaqları barədə əvvəlcədən anlaşılan formada xəbərdar etməlidirlər, əks halda baş vermiş pozuntulara görə media orqanı özü də məsuliyyət daşıyacaq.
Şəxs əldə etdiyi məlumatı təkbətək şəkildə ona aid olan şəxsə ələ salaraq, lağ edərək, alçaldaraq, nüfuzdan salaraq və s. bu kimi aşağılayıcı məqsədlərlə, pis niyyətlərlə bildirərsə, şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qəbul edilməklə mənəvi zərər əsası yaradacaq. Məsələn, sağlamlıq vəziyyəti, fiziki çatışmazlığı, nikahdan kənar uşağının olması, nikahdankənar münasibətləri barədə həqiqi məlumatların (yazışmaların, foto, video və qanunla qorunan digər fərdi məlumatlar) özünə pis niyyətlə bildirilməsi.
Bundan başqa Ali Məhkəmə yeni qərarla şəxsin mənzilinə, işçiyə ayrılmış xidməti otağa, rəflərinə, iş masasına, kompüterinə, şəxsin çantasına, cibinə onun razılığı, habelə müvafiq qanuni əsas olmadan daxil olmanı da şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirib. Plenum qərarından sonra artıq şəxsin heyvanlarına, bitkilərinə zərər vurması da mənəvi zərər əsası kimi qəbul edilə biləcək.
Bu hüquqların pozulması cinayət məsuliyyətinə səbəb olub-olmamasından asılı olmayaraq, mülki məsuliyyətə səbəb olacaq.
Şəxsi və ailə sirri təşkil edən məlumatları yaymış şəxslərlə bərabər bu məlumatın saxlanılmasına məsul olan şəxslər, qurumlar, idarə və müəssisələr, iş yerlərinin kadrlar sistemində mövcud olan işçilərə (digər əsasla xidmət göstərən şəxslərə) dair məlumatları və insan resurslarını idarə edən məsul şəxslər, işəgötürənlər, klinikalar, mobil operator şəbəkələri, banklar və vətəndaşlara xidmət göstərən digər müəssisələr, dövlət orqanları, sosial şəbəkə platformaları, hüquqi və fiziki şəxslər də məlumatların qanunazidd şəkildə kənar şəxslərə əlçatanlığını təmin edən şəxs kimi məsuliyyət daşıyacaqlar.
Çünki, onlar göstərdikləri xidmətlə bağlı özlərində (informasiya sistemlərində) olan fərdi məlumatları qorumağa borcludurlar, həmin məlumatların yayılmamasına, habelə şəxsin razılığı və ya qanuni əsaslar olmadan onun elektron hökumət portalında mövcud olan baza məlumatlarına daxil olunmamasına məsuldurlar, göstərilənlərin əksi şəxsi toxunulmazlıq hüququna müdaxilə hesab edilir.
Belə məlumatların yayılmasına şəxsin öz razılığı varsa, mülki məsuliyyət yaranmır. Razılıq açıq şəkildə ifadə edilməli, qanuna və ya əxlaqa zidd olmamalıdır. Şəxs öz razılığını həm yazılı, həm də şifahi formada verə, yaxud davranışı ilə və ya susaraq göstərə bilər. Məsələn, şəxs sosial şəbəkədə onun barəsində razılığı alınmadan edilmiş paylaşımı bəyənib və altından pozitiv rəy yazıbsa, razılıq vermiş hesab olunur.
Bundan başqa, məlumatlar ictimaiyyətə açıq olubsa və ya şəxsin özü onu ictimaiyyətə açıqlayıbsa, buna görə heç kəs məsuliyyət daşımır. Məsələn, bir şəxs internet resursunda əlaqə məlumatlarını, həyatını, xəstəliyini, gördüyü işləri, iş ortaqlarını və sairi paylaşırsa, bu şəxsin özünün həmin məlumatları ictimaiyyətə açıqlaması hesab edilir. Bu məlumatların sonradan başqa şəxslər tərəfindən olduğu kimi yayılması mülki məsuliyyət yaratmır.
Dövlət orqanlarının və digər şəxslərin şəxsi və ailə sirri təşkil edən məlumatları yayması qanunla müəyyən edilmiş hallarda mümkündür. Məsələn, axtarışda olan şəxsin tapılması məqsədi ilə hüquq mühafizə orqanlarının şəxsin fotoşəkli, geyimi, boyu, yaşı cinsi və sair məlumatı paylaşması pozuntu hesab edilmir.
Yayılmış məlumatlar cəmiyyətin maraq dairəsindədirsə, bu da mülki hüquq pozuntusu hesab edilmir. Publik şəxslərin davranışları, qərarları və fəaliyyəti cəmiyyətə birbaşa və ya dolayı şəkildə təsir etdiyindən onların şəxsi həyatı da ictimai nəzarətə açıq olmalıdır.
Bu zaman yayılma ictimai marağı aşmamalıdır. Məsələn, jurnalist yerli özünüidarə orqanının rəhbərinin rəsmi gəlirləri ilə uyğun gəlməyən lüks mənzil və avtomobillərə sahib olması, habelə uşağının anadangəlmə qüsurlu olması barədə ictimaiyyətə məlumat verir. Şəxsin əmlak vəziyyəti ilə bağlı göstərilən hallar şəxsi məlumat olsa da, cəmiyyətin legitim maraq dairəsinə daxildir, bu məlumatın yayılması pozuntu hesab edilə bilməz. Lakin, uşağın fiziki qüsurlu olması ilə bağlı məlumatlar şəxsi və ailə həyatına hüquqazidd müdaxilə hesab olunacaq, çünki, həmin şəxsin publik vəzifələrinin icrası baxımından hər hansı ictimai maraq kəsb etmir.
Xəbər lenti
Xaçmazda "Jiquli"nin vurduğu piyada ölüb
Hadisə 00:23"TikTok gənclərin beynini məhv edən..." - Tokayevdən BƏYANAT
Dünya 26 Noyabr 23:19Tramp NATO rəhbəri ilə Ukraynanı müzakirə edib
Dünya 26 Noyabr 23:03"Sabah"a 2 qol vurdu, həftənin futbolçusu seçildi
İdman 26 Noyabr 22:31AZAL-ın ötənilki qazancı açıqlandı - 1,2 milyard manat!
Sosial 26 Noyabr 22:19Media və Yayım Şurası bu telekanalı cərimələdi
Sosial 26 Noyabr 22:02Bridgerton ulduzları yenidən bir araya gəldilər…
Şou-Biznes 26 Noyabr 21:52Porsche şirkəti videoregistratoru tanınmayacaq dərəcədə dəyişdi...
Texnologiya 26 Noyabr 21:27Psixoloq stressi daxili güc mənbəyinə necə çevirməyi izah etdi...
Sosial 26 Noyabr 21:05Keçmiş Buş müttəfiqi Ukraynanın NATO-ya qoşulmasına çağırdı...
Dünya 26 Noyabr 20:51Putinin ordusu gözümüzün qabağında əriyib yox olur...
Dünya 26 Noyabr 20:25Çinin Sakit okeandakı hərbi ambisiyaları fiaskoya çevrildi...
Dünya 26 Noyabr 20:06Atlantic Council: Dünya Ukraynanın necə super gücə çevrildiyini uyudu…
Dünya 26 Noyabr 19:48Əraqçi: Qətər və Pakistan vasitəçilik səylərini davam etdirir
Dünya 26 Noyabr 19:43BMT: Mərkəzi Asiyada HİV və QİÇS-dən ölüm halları artmaqdadır...
Dünya 26 Noyabr 19:27Əməkçi miqrant kimi Rusiyaya gələ bilərsiniz, amma ailəsiz...
Dünya 26 Noyabr 19:05Yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” istifadəyə verilib
Sosial 26 Noyabr 18:53“Krımda panika başlayıb...”
Dünya 26 Noyabr 18:49Gürcüstan XİN Avropa Parlamentinin qətnaməsinə etiraz edib
Dünya 26 Noyabr 18:31“Ay etibarsız”..?
Dünya 26 Noyabr 18:26İran Küveytə dron zərbəsi endirib, iki İtaliya vətəndaşı ölüb
Dünya 26 Noyabr 18:18“Xaricə səyahət edəndə özümü rahat hiss etmirəm”
Dünya 26 Noyabr 18:04ABŞ-da qasırğalar səbəbilə 360-dan çox aviareys ləğv edilib
Dünya 26 Noyabr 17:55AZAL 2025-ci il üzrə illik hesabatını təqdim edib
Sosial 26 Noyabr 17:49Məhkəmənin baxış iclası 10 dekabra təyin edilib
Sosial 26 Noyabr 17:36"Neftçi" – "Zirə" və "Turan Tovuz" – "Kəpəz" oyunlarının hakimləri müəyyənləşib
İdman 26 Noyabr 17:20Avropadakı kirayə qadağası Bakıda tətbiq oluna bilərmi? - EKSPERT AÇIQLADI
Sosial 26 Noyabr 17:02Mədəniyyət nazirinin Masallıda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib
Mədəniyyət 26 Noyabr 16:52Sərdar Cəlaloğlunun Rauf Arifoğludan fərqi üzə çıxdı - TƏHLİL
Siyasət 26 Noyabr 16:49Azərbaycan ilə Slovakiyanın prokurorluq orqanları arasında əməkdaşlıq müzakirə olunub
Siyasət 26 Noyabr 16:41FHN Sumqayıtda ticarət mərkəzində təlim keçirib
Hadisə 26 Noyabr 16:38"Neftçi" – "Zirə" və "Turan Tovuz" – "Kəpəz" oyunlarının hakimləri müəyyənləşib
İdman 26 Noyabr 16:36Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın olub
Hadisə 26 Noyabr 16:35Yeni ildə sosial şəbəkədə başqaları ilə müqayisə özünü yetərsiz hiss etdirə bilərmi ? - RƏY
Sosial 26 Noyabr 16:18El qınağı bizi qoruyur, yoxsa azadlığımızı əlimizdən alır ? - KÖŞƏ
Köşə yazıları 26 Noyabr 16:05Azərbaycan Çinlə enerji tərəfdaşlığının inkişaf perspektivini müzakirə edib
İqtisadiyyat 26 Noyabr 15:25Azərbaycan XİN qəza nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Misirə başsağlığı verib
Siyasət 26 Noyabr 15:23"Sabah"ın oyunu ilə əlaqədar "Koroğlu" stansiyasından 71 minə yaxın sərnişin istifadə edib
İqtisadiyyat 26 Noyabr 15:21Gəncə komandasının prezidenti hakimi təhqir etdiyi üçün 8 oyunluq cəza alıb
İdman 26 Noyabr 15:15Slovakiyanın Baş prokuroru Azərbaycana gəlib, əməkdaşlıq proqramı imzalanıb
Siyasət 26 Noyabr 15:14Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib
Sosial 26 Noyabr 15:08"Bakı şəhərində hər bir həyət yaşıllıq mənbəyinə çevrilməlidir" - EKOLOQ DANIŞDI
Sosial 26 Noyabr 15:05Azərbaycan-Litva parlamentlərarası əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Siyasət 26 Noyabr 15:01İnsan əməyinin gələcəyi süni intellektin əlindədir? - SORĞU
Sosial 26 Noyabr 14:59Haşimoto və hamiləlik: bu xəstəlik ana olmağa mane olurmu? - ARAŞDIRMA
Səhiyyə 26 Noyabr 14:53Hərbçilərə hücumda iştirak edənlər Basayev yaraqlısı imiş?
Dünya 26 Noyabr 14:48Ermənistan Aİ-yə daxil olmaq istiqamətində kursunu davam etdirəcək
Dünya 26 Noyabr 14:41Ramin Məmmədov İlahiyyat İnstitutunun tələbəsinin ailəsini ziyarət edib
Sosial 26 Noyabr 14:23Vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı iş adamları ilə görüş keçirilib
İqtisadiyyat 26 Noyabr 14:20"Bu cəhdlər ABŞ-nın Azərbaycana münasibətində dəyişiklik yaratmayacaq" - ŞƏRH
Siyasət 26 Noyabr 14:20"Demokratların hakimiyyəti dövründə Azərbaycana münasibət heç də həmişə müsbət olmayıb" - ŞƏRH
Siyasət 26 Noyabr 14:0626 Noyabr – Azərbaycan Kəlağayısı Günüdür - ARAŞDIRMA
Mədəniyyət 26 Noyabr 13:54Qaraciyər xəstələri qışda necə qidalanmalıdır? - HƏKİM DANIŞDI
Səhiyyə 26 Noyabr 13:39Sosial şəbəkələr canlı ünsiyyəti azaldaraq cəmiyyətdə tənhalığı artırırmı? - RƏY
Sosial 26 Noyabr 13:35“NATO Rusiyanın Ukraynaya qarşı müharibəsini Avropanın suverenliyinə təhdid sayır“ -ŞƏRH
Siyasət 26 Noyabr 13:22"Kart məlumatlarının təhlükəsizliyi üçün sıfır etibar prinsipi vacibdir" - İKT ÜZRƏ MÜTƏXƏSSİS
Texnologiya 26 Noyabr 13:15“Rusiya-Ukrayna müharibəsinin diplomatik həlli qarşılıqlı güzəştlərdən asılıdır” - ŞƏRH
Siyasət 26 Noyabr 13:13Evdə pişik saxlayanlar nələrə diqqət etməlidirlər? - ARAŞDIRMA
Sosial 26 Noyabr 13:03“İran rejiminin ən zəif nöqtəsi hərbi gücü deyil, ideoloji dayaqlarıdır” - ŞƏRH
Siyasət 26 Noyabr 12:58"Pulsuz xidmət əvəzinə sizin məlumatlardan istifadə oluna bilər" - RƏQƏMSAL MÜTƏXƏSSİS
Texnologiya 26 Noyabr 12:27Mərkəzi Gömrük Hospitalı Gəncə Uşaq Evində tibbi-sosial aksiya keçirib
Səhiyyə 26 Noyabr 12:23Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq
Sosial 26 Noyabr 12:17"Gürcüstanın ərazi bütövlüyünün pozulmasında Kremlin danılmaz fəaliyyəti mövcuddur" - POLİTOLOQ
Siyasət 26 Noyabr 12:17Polis ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 30 tüfəng və 3 avtomat aşkarlayıb
Hadisə 26 Noyabr 12:12Hökumət üzvlərinin dekabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb
Sosial 26 Noyabr 11:46Avtobuslarda sərnişin sayı üçün maksimum norma nə qədərdir? - EKSPERT DANIŞDI
Sosial 26 Noyabr 11:44Elmira Şabanova kimdir? – Xalq artistinin həyat və yaradıcılıq yolu
Mədəniyyət 26 Noyabr 11:32Payızda immuniteti gücləndirmək üçün nə yeməli və nələri azaltmalıyıq? - QİDA EKSPERTİ
Sosial 26 Noyabr 11:28Onlayn alış-veriş ənənəvi mağazaları sıradan çıxara bilərmi? - EKSPERT AÇIQLADI
İqtisadiyyat 26 Noyabr 11:25Menyudakı qiymət telefonda gizlənəndə: QR-kod rahatlığı hamı üçün əlçatandırmı? - KÖŞƏ
İqtisadiyyat 26 Noyabr 11:23HDİM İB sədri: “Valideynlər uşaqları arasında fərq qoymamalıdır” - AÇIQLAMA
Sosial 26 Noyabr 11:02Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
İqtisadiyyat 26 Noyabr 11:00Dağlıq ərazilərə qar yağıb
Hadisə 26 Noyabr 10:55“Azərişıq” Salyanda fermer və sahibkarlarla görüş təşkil edib
İqtisadiyyat 26 Noyabr 10:53“Pisəm? xoş getdin!” - Xalq artistindən iddialı açıqlama
Sosial 26 Noyabr 10:41Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib
İqtisadiyyat 26 Noyabr 10:36“Biletim.az” portalında yeni ödəniş imkanları yaradılıb
Sosial 26 Noyabr 10:05Azərbaycan nefti 100 dollardan baha satılır
İqtisadiyyat 26 Noyabr 10:04Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 26 Noyabr 10:04Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb - DİN
Sosial 26 Noyabr 04:06Misirdə dəhşətli yol qəzası - 30 ölü, 25 yaralı var
Dünya 26 Noyabr 03:05"Barselona"nın furbolçusu iki oyunluq cəza aldı...
İdman 26 Noyabr 02:23Bu ölkə prezidenti gələn il Azərbaycana gəlir
Siyasət 26 Noyabr 02:02"Turan" Çempionlar Liqasında İtaliya klubuna uduzdu
İdman 26 Noyabr 01:23Yevlaxda dəhşətli YOL QƏZASI - ölü və yaralı var
Hadisə 26 Noyabr 01:03Özəl xəbərlər
Digər xəbərlərAvropadakı kirayə qadağası Bakıda tətbiq oluna bilərmi? - EKSPERT AÇIQLADI
Sosial 26 Noyabr 17:02Yeni ildə sosial şəbəkədə başqaları ilə müqayisə özünü yetərsiz hiss etdirə bilərmi ? - RƏY
Sosial 26 Noyabr 16:18El qınağı bizi qoruyur, yoxsa azadlığımızı əlimizdən alır ? - KÖŞƏ
Köşə yazıları 26 Noyabr 16:05
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8631
+0,13%
-
GBP
2,2271
+0,09%
-
RUB
2,0562
-0,76%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



