Bakıda müəlliməsini güllələməkdə təqsirli bilinən şagird barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
SİA xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsində qərar qəbul olunub.
Ona Cinayət Məcəlləsinin 29, 120.1 (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, hadisə ötən gün paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Belə ki, liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə müəlliməsinə xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb, cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB