Kürdəmir rayonunun Carlı kəndində yanğın olub. Yanğın kənd sakini Rəşid Dadaşova məxsus birmərtəbəli evdə baş verib. Hadisə zamanı evin yanar konstruksiyaları yanaraq külə dönüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınaraq söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə