Salyan rayonunda baş verən avtomobil qəzasında xəsarət alanlar var.
SİA-nın məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"BMW" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində hələlik şəxsiyyəti dəqiqləşdirilməyən üç nəfər xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB