Xaçmazda 7 kiloqram narkotik vasitə və 1 ədəd tapança aşkarlanıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 28 yaşlı Əli Abbasov saxlanılıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin şəxsdən 7 kiloqram marixuana aşkarlanıb.

Bundan başqa keçirilən digər tədbir zamanı rayon sakini 21 yaşlı Həzrət Atakişiyevdən qanunsuz olaraq əldə edib özündə saxladığı 1 ədəd "Makarov" markalı tapança da aşkarlanıb. Hər iki faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə