Ötən il Azərbaycanda 214 kriminal qrup zərərsizləşdirilib

Azərbaycanda 2025-ci ildə 214 kriminal qrup zərərsizləşdirilib.

SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilə dair keçirilmiş kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, sözügedən dövrdə ağır və xüsusilə ağır cinayətlər törətmiş 1 033 nəfər tutulub.

Qrup halında baş verən cinayətlərin 8,9, odlu silahın tətbiqi ilə törədilənlər 44,1, ailə münaqişəsi zəminli cinayətlər 3,1, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər isə 17,5 faiz azalıb.

Eyni zamanda, ümumi cinayətlər 6,2, ağır və xüsusilə ağır cinayətlər 8,6, qeyri-aşkar şəraitdə baş verənlər 10,5, qəsdən adam öldürmələr 8,8, qəsdən sağlamlığa ağır zərər vurmalar 4,7, mülkiyyət əleyhinə olanlar 6,7, onlardan informasiya texnologiyalarından istifadə edilməklə törədilənlər 16,9, habelə yol-nəqliyyat hadisələri 12,3, qəzalarda ölənlərin sayı 9,8, xəsarət alanların sayı 13,6 faiz azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə