Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şuşa, Xankəndi şəhərləri və Xocavənd rayonu ərazilərində yolların buz bağlaması ilə əlaqədar olaraq vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xankəndi Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri və Qarabağ Regional Mərkəzinin xilasetmə qrupu əraziyə cəlb edilib.
Xilasedicilər tərəfindən yolun buz bağlaması ilə əlaqədar hərəkətini davam etdirə bilməyən 2 “Mercedes" markalı avtomobil və 1 motosikletin hərəkəti təmin edilib, vətəndaşlara müvafiq kömək göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB