Şəkidə iki yol qəzası baş verib. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq çökəkliyə aşıb. Nəticədə “Mercedes”in sürücüsü 26 yaşlı Elmar Musazadə xəsarət alıb.
Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, şəxsə başın açıq yarası diaqnozu qoyularaq zəruri tibbi xidmətlər göstərilib. Müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir.
Digər yol-nəqliyyat hadisə şəhərin Sabit Rəhman küçəsində qeydə alınıb. "Nissan" və VAZ-21015 markalı iki minik avtomobilinin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan "Nissan"ın sürücüsü 71 yaşlı Asif Paşayev Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Pasiyentə başın çoxsaylı açıq yaraları, sol ayağın yerdəyişən sınığı diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən Asif Paşayevin müalicəsi müvafiq şöbədə davam etdirilir. Hər iki yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB