Ağcabədidə 10 kiloqram narkotik aşkarlanıb

Ağcabədi rayonunda 10 kiloqram narkotik aşkarlanıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunan Yelmar Atakişiyev tutulub.

Onun yaşadığı ünvandan 10 kiloqram 235 qram marixuana aşkarlanıb. Y.Atakişiyevin narkotik vasitəni satmaq məqsədilə əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Y.Atakişiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə