Saatlıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Avtomobili sürücülük hüququ olmadan, eləcə də narkotik vasitələrin təsiri altında idarə edən Kazım Piriyev Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
SİA-nın bölgə müxbiri xəbər verir ki, müayinə zamanı onun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub. Sürücü barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Piriyev 30 sutka inzibati qaydada həbs edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB