Şəki-Qax yolunda avtomobil ağaca çırpılıb, sərnişin xəsarət alıb

Bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunda 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, Balakən rayon sakini, 21 yaşlı Vüqar Mahmudov xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti qənaətbəşdir.

Hadisəsi ilə bağlı araşdırma başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə