Bakıda noutbuk və velosiped oğurlayanlar yaxalanıb - polis

Nizami rayonunda yerləşən ofislərin birindən noutbuk, kompüter və digər elektrik avadanlıqları, Nəsimi rayonunda isə velosiped oğurlanması barədə polisə məlumat daxil olub. SİA xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən E.Əzimov və G.Səfərov müəyyən edilərək saxlanılıblar. Araşdırmalar davam etdirilir.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə