Şamaxıda zəlzələ olub

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 07.56-da baş verib. 3,7 maqnitudalı zəlzələ ocağının dərinliyi 9 kilometr olub. Titrəyişlər episentrdə 4, ətraf yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə