Metronun "20 Yanvar" stansiyasının platformasında bir nəfər ölüb

Bu gün saat 11:30 radələrində metronun “20 Yanvar” stansiyasının platformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib.

Bu barədə SİA-ya "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə