Xırdalanda dəmir məhəccərlər oğurlayan şəxs saxlanılıb

Xırdalanda dəmir məhəccərlər oğurlayan şəxs saxlanılıb

Abşeron rayonu, Xırdalan şəhərində binaların qarşısından dəmir məhəccərlərin oğurlanması barədə polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində oğurluq etməkdə şübhəli bilinən 33 yaşlı Z. Həsənzadə saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə