Qusar rayonunda yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.
Baş Dövlət Yol Polis İdarəsindən SİA-ya biliriblər ki, Qusar Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən daha bir sürücü - 28 yaşlı Tural Qasımov saxlanılıb.
Onun idarə etdiyi "VAZ 2106" markalı 38-BX-530 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını davamlı şəkildə pozduğu təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb. Araşdırma zamanı sürücünün avtoxuliqanlıq edən zaman narkotik vasitə və spirtli içkinin təsiri altında olduğu da müəyyən edlib.
Sürücü barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə R. Qasımovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 1 ay inzibati qaydada həbs edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB