Naxçıvanda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb.

SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. "Hyundai" markalı avtomobillə "Toyota" markalı avtomobil toqquşub. Qəza zamanı Süleyman Bəylərov, İlkin Məmiyev, Ceyhun Talıbov, Səməd Bilalov xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə