Abşeronda üç avtomobil toqquşub

Abşeron rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.SİA xəbər verir ki hadisə Bakı-Quba magistral yolunda qeydə alınıb.

Belə ki, "Opel", KİA və BYD markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə