Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər apellyasiya şikayəti veriblər
Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.
SİA-nın məlumatına görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə onlar 2 il müddətə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hadisə ötən ilin avqust ayında baş verib.
İttihama görə, sözügedən şəxslər Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar.
Alzaman Mahdi Ali, Alqhabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham olunurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB