Ötən il respublika yollarında 1252 qəza olub, 689 nəfər ölüb

2025-ci ildə ölkə ərazisində 1252 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə SİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu hadisələr nəticəsində 689 nəfər ölüb.

Qeyd edək ki, 2024-cü ildə isə yol qəzaların sayı 1427, ölənlərin sayı 764 nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə