Azərbaycanda həbs edilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib.
Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dələduzluqda təqsirli bilinərək dövlətlərarası axtarışa verilmiş1992-ci il təvəllüdlü, Tacikistan vətəndaşı Mukhammadnido Nazarmukhammadzodanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.
Mukhammadnido Nazarmukhammadzoda 2025-ci ildə Azərbaycanda müəyyən edilərək həbs edilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanlarına təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB