Nəsimi rayonunda soyğunçuluq edən iki nəfər saxlanılıb

Nəsimi rayonu ərazisində talama cinayəti qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə zamanı naməlum şəxslər 26 yaşlı zərərçəkənin içərisində 750 manat və bank kartları olan pul kisəsini soyğunçuluqla talayıblar.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, 23 yaşlı Fərid Nuriyev və 37 yaşlı Eltac Ruşanov saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə