Salyanda yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb. Belə ki, sərnişin daşıyan mikroavtobusla "Jiquli" markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində səkkiz nəfər xəsarət alıb.
Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB