Yanvarın 6-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 82, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqədar 29 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 57,5 kiloqrama yaxın narkotik vasitə və 802 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 33 fakt müəyyən edilib. Polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 3 tapança, 4 qumbara, 1 alışdırıcı, 25 tüfəng, 16 patron darağı və 265 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər də saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB