Bakıda mağazadan meyit tapıldı

Bakının Nəsimi rayonunda mağazadan meyit tapılıb. SİA xəbər verir ki, hadisə ötən gün saat 19 radələrində Məmmədcəfər Cəfərov küçəsində (metronun “Memar Əcəmi” stansiyasının yaxınlığı) baş verib.

Belə ki, Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Seymur Vaqif oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti oradakı mağazada tapılıb. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə