Salyanda baş verən yol qəzasında ölənlərin sayı artıq 3-ə çatıb. SİA-nın məlumatına görə, Noxudlu kənd yolunda baş verən yol qəzası zamanı xəsarət alan Tərlan İmanov həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.
Qeyd edək ki, hadisə zamanı Vüqar İmanov və Coşqun Məmmədov da ölüb. V.İmanov T.İmanovun atası olub. Mirzağa Məmmədov, Pərvanə Məmmədova, Fatimə Məmmədli və Tərlan İmanov xəsarət alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB