Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. SİA-nın verdiyi məlumata görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, İbrahim Novruzov "Hyundai i30" markalı avtomobillə İmişli istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobidə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB