Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisində, avtomobil yolunda baş verib. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
Qəza nəticəsində 7 yaşlı Nihat Məsimov aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB