Biləsuvarda toy karvanında ağır yol qəzası baş verib

Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.

Belə ki, toy karvanında hərəkət edən avtomobillərdən biri naməlum səbəbdən idarəetmədən çıxaraq yol kənarından aşıb və su kanalına düşüb. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb.

Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları tərəfindən araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri araşdırmalar başa çatdıqdan sonra məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə