55 yaşlı kişi hündürlükdən yıxılıb öldü

55 yaşlı kişi hündürlükdən yıxılıb öldü

Ağdərədə 55 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.

SİA xəbər verir ki, hadisə rayonun Umudlu kəndi ərazisində baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü Ağdərə sakini Möhübbət Xıdırov rayonun Umudlu kəndi ərazisində işləyən zaman hündürlükdən yıxılıb.

Nəticədə M.Xıdırov hadisə yerində həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə