Dekabrın 25-i gecə saatlarında paytaxtın Səbail rayonu, Xəqani küçəsində (Sahil bağının yaxınlığında) avtomobillərdən birində yanğın olub.
Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, dərhal ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik təmin edilib və yanğınsöndürənlərin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb.
Yanğın qısa müddət ərzində söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB