Saatlı rayonunda iki nəfər dəm qazından boğularaq ölüb.
SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Saatlı rayonunun Qaranuru kəndində qeydə alınıb. 1933-cü il təvəllüdlü İbrahim İsmayılov və həyat yoldaşı 1936-cı il təvəllüdlü Pəri İsmayılova yaşadıqları evdə dəm qazının təsirindən boğularaq ölüblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib, meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB