Ordubadda avtobus qaz xəttinə çırpılıb, 160-a yaxın abonentin qazı kəsilib

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda avtobusun qaz xəttinə çırpılması nəticəsində orta təzyiqli qaz xətti (dairəvi xətt) qırılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə rayonun M. F. Axundov küçəsində, Kolanı kəndində 157 abonentin qaz təchizatı dayandırılıb.

Qəza səbəbindən Ordubadın Nüsnüs kəndində 516, Yuxarı və Aşağı Əndəmic kəndlərində 416, Gənzə və Anabat kəndlərində isə 335 abonentdə qaz təzyiqində azalma müşahidə olunacaq. Bərpa işləri yekunlaşandan sonra sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə