Karen Avanesyanın məhkəməsində şahid ifadələri dinlənilib

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın davam etdirilən məhkəməsində şahid ifadələri dinlənilib.

SİA-nın Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Natiq Əliyev sədrlik edib.

Məhkəmə prosesində zərər çəkənlərin və hadisə şahidlərinin ifadələri dinlənilib.

Növbəti məhkəmə prosesi dekabrın 22-nə təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə