Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində baş verib. Belə ki, Qovlar şəhər sakinləri - 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Dərhal onlara yadım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB