Laçın-Şuşa yolunda yük maşını aşıb

Laçın-Şuşa dolamalarında yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə zamanı avtomobilin qoşqusu aşıb və içərisində olan yük yola dağılıb.

Əraziyə texnikalar cəlb edilərək aşan qoşqu yoldan götürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə