Qaxda “Opel” aşıb, 2 nəfər yaralanıb

Qax rayonunun Qıpçaq kəndi ərazisində yol qəzası baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan magistralının Qax rayonunun Qıpçaq kəndindən keçən hissəsində “Opel” markalı avtomobil hərəkət istiqamətini itirərək yolun kənarına aşıb. Qəza nəticəsində rayonun İbaxlı kənd sakinləri 34 yaşlı Əfqan Məmmədov və 32 yaşlı Seymur Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerində Təcili tibbi yardım briqadası cəlb olunub, yaralılara ilkin tibbi yardım göstərilib. Daha sonra hər iki şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər yaralıların vəziyyətini orta-ağır qiymətləndirir.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə