Elektrik cərəyanı vurması nəticəsində Binəqədi qəsəbə sakini 1991-ci il təvəllüd Taleh Şahid oğlu Fehruzlu ölüb.
SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxs dekabrın 12-si saat 10 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Araşdırmalar nəticəsində onun dekabrın 14-ü saat 11 radələrində Binəqədi şosesində yerləşən Sərdarov adına zavodun həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyənləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB